Son 24 saat ərzində Tayvan Silahlı Qüvvələri adaya yaxınlaşan 32 təyyarə və 8 Çin Xalq Azadlıq Ordusunun (PLA) gəmisini qeydə alıb.
Bu barədə Tayvan Müdafiə Nazirliyinin rəsmi saytında dərc edilmiş bəyanatda bildirilir.
Sənədə əsasən, 26 sentyabr saat 05:00-dan 27 sentyabr saat 06:00-dək “Tayvan boğazının median xəttini” keçərək adanın hava hücumundan müdafiə identifikasiya zonasına şimal, cənub-qərb və cənub-şərqdən daxil olan 16 təyyarə müşahidə edilib. . Onların arasında iki Su-30 qırıcısı, dörd J-10, dörd J-16, iki BZK-005 pilotsuz uçuş aparatı, bir Y-9 çoxməqsədli təyyarə, bir Y-8 sualtı qayıq əleyhinə təyyarə və bir Z-9 sualtı qayıq əleyhinə helikopter olub.
Buna cavab olaraq Tayvan Silahlı Qüvvələri hədəfləri izləmək üçün öz təyyarələrini, gəmilərini və zenit-raket sistemlərini yerləşdirib.
Mənbə: A Haber