Tayvan yaxınlığında 24 saat ərzində Çin Xalq Azadlıq Ordusunun 26 təyyarəsi və 7 gəmisi aşkar edilib.
TASS xəbər verir ki, bu barədə adanın Müdafiə Nazirliyi məlumat yayıb.
Ən azı 18 təyyarənin Tayvan boğazının median xəttini keçdiyi və ya hava hücumundan müdafiə identifikasiyası zonasına daxil olduğu qeyd edilir. Xüsusilə, söhbət üç Su-30 qırıcısı, iki J-10, səkkiz J-16, pilotsuz uçuş aparatları, Y-8 elektron kəşfiyyat təyyarəsi və Y-9 elektron döyüş təyyarəsindən gedir.
Oktyabrın 13-də Avropa diplomatiyasının rəhbəri Josep Borrell Çinin “South China Morning Post” qəzetinə verdiyi rəydə yazıb ki, Avropa İttifaqı Tayvanı müstəqil dövlət kimi tanımır, lakin onunla əlaqələri davam etdirməyi müdafiə edir.
Mənbə: TASS