image-2000x150px
image-123
image-ads_atlas
image-upload-img_2898-pic_32ratio_900x600-900x600-87014backend

Tbilisidə xarici agentlər haqqında qanuna qarşı keçirilən aksiyada 14 nəfər saxlanılıb

image-728x90px

Gürcüstan polisi Tbilisidə xarici agentlər haqqında qanunun qəbuluna qarşı keçirilən aksiyada 14 nəfərin saxlandığını elan edib.

Bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytında dərc olunmuş məlumatında deyilir.

Etirazçılar parlament binası qarşısına toplaşaraq qanun layihəsinə etirazlarını bildiriblər. Milli Məclisin Hüquq məsələləri komitəsi qanun layihəsini birinci oxunuşda dəstəkləyib.

“Polis dəfələrlə aksiyanın təşkilatçılarını və iştirakçılarını qanuna əməl etməyə çağırıb. İştirakçılar bu tələblərə məhəl qoymayaraq, ictimai asayişi pozub, müqavimət göstərib və asayiş keşikçilərini təhqir ediblər”, – məlumatda deyilir.

Bundan əvvəl mitinq iştirakçıları parlamentdən yan keçməyə çalışaraq xüsusi təyinatlıların reaksiyasına səbəb olub və hadisə yerində su şırnaqları peyda olub. Polis etirazçıları tələblərinə əməl etməyə çağırsa da, bəziləri polis kordonunu yarmağa çalışıb.

Mənbə: Sputnik

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki