image-ads_n1karobka_mobile
image-nocomment_946a0baaeda65825c301b1ed14a35745_5uaxomyp2lcf9jeh1zr3backend

TƏBİB-in yeni sədri ilə bağlı ŞOK SÖZLƏR – Tanınmış hüquqşünas AÇIQLADI

“Dövlət strukturlarında, xüsusilə sosial həssas qruplarla işləyən qurumlarda vəzifə tutan şəxslərin eyni zamanda özəl biznes sahəsində rəhbər vəzifələrdə təmsil olunması cəmiyyətdə ciddi suallar doğurur. Xüsusilə əlillik təyinatı və reabilitasiya kimi mühüm sahələrə məsul olan rəsmi şəxslərin sığorta sektoru kimi kommersiya maraqlarının toqquşduğu sahələrdə fəaliyyətini davam etdirməsi həm etik, həm də hüquqi müstəvidə müzakirələrə səbəb olub.”

NOCOMMENT.az xəbər verir ki, bu barədə tanınmış iqtisadçı və hüquqşünas Əkrəm Həsənov bildirib ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramovun eyni zamanda özəl sığorta şirkətində rəhbər vəzifə tutması rəzalətdir: “Anar Bayramov həm dövlət agentliyinə rəhbərlik edir, həm də ‘A-Qroup Sığorta Şirkəti’nin Direktorlar Şurasının üzvüdür. 2021-ci ildən dövlət işinə keçməsinə baxmayaraq, 2002-ci ildən bəri çalışdığı özəl qurumdakı fəaliyyətinə xitam verməyib. Bu, uşaq pulu ödənilməyən bir ölkədə məmurun iş vaxtı ərzində özəl bizneslə məşğul olaraq ‘gözünün doymamasının’ bariz nümunəsidir”.

Əkrəm Həsənov

Onun sözlərinə görə, bu vəziyyət qanunvericilikdəki boşluqlardan qaynaqlanan sistemli bir problemdir: “Son illər publik hüquqi şəxs statusunda xeyli qurum yaradılıb və dövlət səlahiyyətləri onlara ötürülüb. Lakin bu qurumların əməkdaşları dövlət qulluqçusu hesab edilmədiyi üçün qanun onlara digər fəaliyyətlə məşğul olmağı qadağan etmir. Məhz bu boşluqdan sui-istifadə edən şəxslər dövlətdən maaş ala-ala, iş vaxtı ərzində açıq şəkildə özəl bizneslərini idarə edirlər. Bu, həm maraqlar toqquşması yaradır, həm də dövlət idarəçiliyinin prinsiplərinə ziddir”.

Əkrəm Həsənov bildirib ki, bu məsələdə ən təhlükəli məqam məmurların özəl sektora müdaxiləsi və şəxsi maraqlarını dövlət maraqlarından üstün tutma ehtimalıdır: “Bilmirsən, bu şəxslər qərar verərkən dövləti, yoxsa təmsil olunduqları şirkəti düşünürlər. Bu günlərdə həmin Agentliyin rəhbərliyində təmsil olunan digər şəxslərin, məsələn, müavin Ramin Rzayevin də vəkillik fəaliyyəti ilə məşğul olması faktı üzə çıxıb. Belə görünür ki, həmin qurumda əlillərin problemləri kənarda qalıb, rəhbərlik isə biznes fəaliyyəti ilə sınaqlanır. Bu dözülməz vəziyyətlə bağlı yaxın vaxtlarda qanun layihəsi ilə çıxış edəcəyəm ki, publik hüquqi şəxslərdə də bu cür özbaşınalıqlara son qoyulsun”.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki