Telesport Group ASC-nin baş direktoru və əsas sahibi Pyotr Makarenko rəsmi olaraq “Vəzifə səlahiyyətlərindən sui-istifadə” və “Dələduzluq” maddələri üzrə cinayətlərdə ittiham olunub.
Bu barədə RBC məlumat yayıb.
Qeyd olunur ki, məlumatı nəşrə Daxili İşlər Nazirliyinə (DİN) yaxın mənbə təsdiqləyib.
İttiham mayın 15-də irəli sürülüb. Sənədlər iki maddəni əks etdirir. Birincisi, “Mütəşəkkil dəstə tərəfindən və ya xüsusilə külli miqdarda törədilmiş dələduzluq”, ikincisi, ağır nəticələrə səbəb olan “Vəzifə səlahiyyətlərindən sui-istifadə”dir.