image-2000x150px
image-123
image-ads_atlas
image-4e8a1661c985acbbd42cd295b3a844dcbackend

“Təpəbaşı’’da tariximiz məhv edilir! – qarşısını necə alaq…

image-728x90px

YUNESKO-nun Baş direktoru Odri Azuleyə Ermənistanın paytaxtı İrəvanın Təpəbaşı məhəlləsində Azərbaycan xalqının mədəni irsinin məhv edilməsinin qarşısını almaqla bağlı çağırış edib. Müvafiq petisiya change.org saytında yerləşdirilib.

“İrəvan şəhərinin Təpəbaşı adlanan hissəsi günümüzə qədər gəlib çatmış tarixi İrəvan şəhərinin yeganə nümunəsidir. Tarixən azərbaycanlıların yaşadığı və hazırda 16 hektara qədər kiçildilən Təpəbaşı məhəlləsi günümüzdə məhv olmaq və yer üzündən silinmək təhlükəsi ilə üz-üzədir.

Ermənistanda azərbaycanlıların yaratdığı maddi-mədəni irs haqqında məlumatlar gizlədilir və hissə-hissə dağıdılır. Ermənistan rəhbərliyi bir müddətdir ki, Təpəbaşı hissəsini tamamilə dağıdaraq yerində müasir yaşayış binaları inşa etməyi planlaşdırır. Onlar bu yolla bir zamanlar İrəvanın sakinləri olan azərbaycanlıların sonuncu nişanəsini məhv etmək istəyirlər.

Təpəbaşı Azərbaycan mədəniyyəti və o cümlədən bəşər mədəniyyəti üçün son dərəcə önəmli əhəmiyyət kəsb edir”, – petisiyada bildirilir.

Petisiyanın mətnində İrəvan şəhərinin Təpəbaşı hissəsində tarixən azərbaycanlılara məxsus olmuş məhəllə sisteminin və bu məhəllədə mövcud olan abidələrin dağılmasının qarşısının alınmasına və onların xüsusi qorunma altına alınmasına kömək etmək xahişi yer alır: “Belə olduğu təqdirdə bəşəriyyətin maddi-mədəni irsinin tərkib hissəsi olan İrəvan şəhərinin tarixi Təpəbaşı məhəlləsi növbəti vandalizmdən xilas edilmiş olacaq”.

Təpəbaşı ilə əlaqədar petisiyaya (  https://www.change.org/p/unesco-do-not-remain-silent-to-another-act-of-vandalism?utm_source=share_petition&utm_medium=custom_url&recruited_by_id=976d0910-aeb8-0130-f329-002219670981 ) necə qoşulmaq olar?

Qayda belədir: Əgər petisiyanı imzalamısınızsa, o zaman göstərdiyiniz mailinizə change.org sistemindən təsdiq maili gəlməlidir. Onu təsdiq edəndən sonra petisiyanı imzalayanlar siyahısına düşürsünüz. Əks təqdirdə, Sizin imzanızı sistem qəbul etmir. İmzalamaq pullu deyil, sadəcə imzalanandan sonra sizə təqdim edilir ki, əgər bu petisiyanı reklam etdirmək istəyirsənsə, ödəniş edin. Siz həmin sözdən aşağıda yazılan “Xeyr, petisiyanı paylaşıram” düyməsini sıxın”. (https://www.change.org/SaveTapabashi)

Siyasi partiyalar, fəallar təbliğata qoşulubmu?

ALDP rəhbəri Fuad Əliyev bildirdi ki, YUNESKO-nun Baş direktoru Odri Azuleyanın bu çağırışı təqdirəlayiqdir: “Gec də olsa beynəlxalq təşkilatların bəzisi işğalçı Ermənistan tərəfindən  Azərbaycan xalqının mədəni irsinin məhv edilməsini gördülər. 30 il ərzində dünya ictimaiyyəti  işğal altında olan Azərbaycan torpaqlarında xalqımıza məxsus  tarixi, mədəni abidələrin dağıdılmasının şahidi oldu. Amma bu vaxtadək susdular. Bütün dünyaya bu faktları çatdırırdıq.

Fuad Əliyev: Yaxşılığı reklam etmək üçün etməzlər

Fuad Əliyev: ““Günahları yumaq” üçün bu çağırışı edirlər”

Niyə bu 30 il ərzində bizim səsimizi eşitmirdilər? Bu 30 il ərzində təkcə bizə yox, dünyanın mədəni irs xəzinəsinə məxsus olan yüzlərlə tarixi, mədəni abidələrin dağılmasının qarşısını almadılar, susdular. İndi yəqin ki ”günahları yumaq” üçün bu çağırış edirlər, səhvlərini başa düşüblər. Əlbəttə ki, bu petisiyaya qoşulmaq lazımdır. Təkcə partiyalar, fəallar yox, xalqımız bütövlükdə bu petisiyanı imzalamalıdır. Ermənistan ərazisində bizim ulu babalarımız yaşayıb, xalqımızın tarixi torpaqlarımızdır. Və bu torpaqlarda olan bütün tarixi  mədəni abidələr qorunmalıdır. Biz buna nail olmalıyıq. Bu, təkcə bizim yox, dünya ictimaiyyətinin borcudur. Tarixi abidələri qorumaq beynəlxalq qanunlar çərçivəsində həyata keçirilməlidir”.

Tural Abbaslı özünə yeni köməkçi təyin etdi

Mətləb Aslanov: “Cəmiyyət arasında bunun geniş şəkildə təbliğatına başladılmalıdır”

AĞ Partiya başqanının köməkçisi Mətləb Aslanov petisiyada fəal iştirak etdiklərini açıqladı: “Petisiya başladılan kimi, buna qoşulmaqla partiya olaraq üzvlərimizə, tərəfdalarımıza çağırışlar etdik. Düşünürəm ki, bu çox vacib bir məsələdir. Amma təəssüflər olsun ki, təbliğatı zəif aparılır. Cəmiyyət arasında bunun geniş şəkildə təbliğatına başladılmalıdır. Əmin olun ki, əksəriyyət bundan xəbərsizdir. Onsuz da ermənilər tarixi mədəni abidələrimizi Qarabağda və digər yerlərdə məhv ediblər. Artıq biz qalib Azərbaycanıq. Qalib Azərbaycan kimi tarixi abidələrin qorunması ilə bağlı dünyada fəaliyyət göstərən aidiyyəti qurumlara müraciət etməliyik. Ağ Partiya olaraq, bu istiqamətdə üzərimizə düşəni edəcəyik”.

Xankəndinə qanunsuz silah daşıyanlar: qaçaqmalçılıq, yoxsa...

Rəşad Bayramov: “Petisiyanın təbliği ilə bağlı vəziyyət heç ürəkaçan deyil”

AMİP Mərkəzi Şurasının sədri Rəşad Bayramov petisiya qoşulmaq üçün çağırışlar etdiklərini söylədi: “Əvvəla, onu qeyd edim ki, Milli İstiqlal Partiyası olaraq biz, istər indiki Ermənistan ərazisində, istərsə də işğal olunmuş ərazilərdə Azərbaycan xalqının mədəni irsinin məhv edilməsinə dair faktlarla bağlı müxtəlif beynəlxalq təşkilatlar və qurumlar, o cümlədən də YUNESKO qarşısında dəfələrlə məsələ qaldırmışıq. Bununla bağlı ayrı-ayrı dövlətlərin parlamentlərinə belə ünvanlanmış müraciətlərimiz olub. Lakin təəssüf ki, əksər hallarda bu müraciətlərə YUNESKO-nun özü tərəfindən belə lazımi reaksiya verilməmiş və mədəni irsimizin dağıdılmasına göz yumulub.

Təpəbaşına gəldikdə isə o, İrəvanın qədim məhəllələrindən biridir. Təpəbaşı Zəngi çayı ilə Şəhri məhəlləsinin arasındakı təpəlikdə yerləşir. Bu məhəllə şəhərin qərb hissəsini əhatə edirdi. Təpəbaşı məhəlləsini Şəhri məhəlləsindən İrəvanın adlı-sanlı adamlarının çoxsaylı bağları ayırırdı. Hüseynqulu xana məxsus məşhur Xan bağı da burada yerləşirdi. İrəvan şəhərinin ümumilikdə 3 hissədən, şəhər hissəsi, Təpəbaşı hissəsi və Dəmirbulaq hissəsindən ibarət olduğunu nəzərə alsaq, söhbətin olduqca böyük ərazidən getdiyini deyə bilərik. Belə ki, İrəvanın Təpəbaşı hissəsi zamanında özündə Abihəyat məhəlləsini, Kənəkir kəndindən aşağıda yerləşən Qızılqala məhəlləsini, Dərəbağ, Dərəkənd və Dərəbağla üz-üzə yerləşən Dəlmə və Noraguğ məhəlləsini əhatə edirdi. Və əgər indi ermənilər şəhərin bu hissəsini məhv etməklə bağlı addımlar atırlarsa, bu, sizin də qeyd etdiyiniz kimi, təkcə Azərbaycan mədəniyyəti üçün deyil, ümumilikdə bəşər mədəniyyəti üçün son dərəcə önəmli əhəmiyyət kəsb edən bir irsin məhv edilməsi deməkdir.

Haqqında danışılan petisiyaya gəldikdə isə təbii olaraq biz həmin petisiyanı dəstəkləyirik. Lakin onu da vurğulamağı vacib bilirəm ki, haqqında danışılan petisiyanın təbliği ilə bağlı vəziyyət heç ürəkaçan deyil. Rəsmi qurumlar tərəfindən bununla bağlı hər hansı çağırışların şahidi olmuruq, televiziyalar bu məsələ ilə bağlı təbliğat aparmır və s. Bütün bunlara baxmayaraq məlum petisiya haqqında xəbər tutan kimi, partiyanın rəhbərliyi tərəfindən bütün rayon və şəhər təşkilatlarımıza petisiyaya qoşulmaq üçün müraciət edilmişdir. Ümid etmək istəyirəm ki, müvafiq dövlət qurumlarımız da nəhayət ki, üzərlərinə düşən vəzifənin məsuliyyətini dərk edərək bu istiqamətdə fəaliyyət göstərməyə başlayacaq və petisiyanın təkcə Azərbaycanda deyil, səfirliklər və diaspor təşkilatlarımızın vasitəsilə bütün dünyada dəstəklənməsinə nail olacaqlar”.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki