image-n1karobka_ads
image-123
image-1848936533_0_280_3143_2048_1920x0_80_0_0_b1fadb491ff622856ab29b4c0381421abackend

Toqo Xarici İşlər Nazirliyinin rəhbəri Rusiya ilə əməkdaşlığı strateji adlandırıb

Toqonun xarici işlər naziri Robert Dusset RİA Novosti agentliyinə müsahibəsində Rusiya ilə əməkdaşlığın respublika üçün strateji əhəmiyyət kəsb etdiyini bildirib.

Onun sözlərinə görə, bu əməkdaşlıq Toqoya beynəlxalq tərəfdaşlıq əlaqələrini şaxələndirməyə və dəyərli texniki səriştələrə çıxış əldə etməyə imkan verir.

“Toqo ölkənin iqtisadi və sosial inkişafını əhəmiyyətli dərəcədə stimullaşdırmaq potensialına malik bu layihələri təşviq etməkdə qərarlıdır”, – diplomat vurğulayıb .

Bundan əvvəl Rusiya və Konqo dinc nüvə enerjisi üzrə əməkdaşlıq memorandumları imzalayıb.

Eyni zamanda, Avropa İttifaqının diplomatiya rəhbəri Josep Borrell Rusiya prezidenti Vladimir Putinin Afrika ölkələrində yürütdüyü siyasətin dəstəklənməsindən narahatlığını bildirib.

Mənbə RİA Novosti

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki