image-ads_n1karobka_mobile
image-666ee5c3d290c666ee5c3d290d1718543811666ee5c3d290a666ee5c3d290bbackend

Tramp bildirib ki, dünya üçüncü dünya müharibəsi astanasındadır

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp dünyanın üçüncü dünya müharibəsi astanasında olduğuna inandığını bildirib.

“Planetimiz üçüncü dünya müharibəsinin astanasındadır. Və bu, bütün digərlərindən fərqli olaraq silahlara görə müharibə olacaq”, – TASS onun sözlərindən sitat gətirir.

Tramp həmçinin söz verib ki, onun dövründə heç kim ABŞ-ın gücünə şübhə etməyəcək.

Bir müddət əvvəl Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Qərbdə üçüncü dünya müharibəsinə yol açan ölkələr olduğunu , Rusiya prezidenti Vladimir Putin isə sülhdən danışdığını bildirib.

Mənbə TASS


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki