ABŞ prezidentliyinə namizəd Donald Tramp Çikaqoda Qara Jurnalistlərin Milli Assosiasiyasının illik qurultayında bildirib ki, səhhəti pisləşərsə, prezidentlikdən istefa verəcək.
“Bunun öhdəsindən gələ bilməyəcəyimi başa düşsəm, bunu edərdim”, – TASS onun sözlərini yazır.
Tramp vurğulayıb ki, istənilən prezidentliyə namizəd peşəkar qabiliyyət imtahanından keçməlidir. O, həmçinin əlavə edib ki, koqnitiv testdən keçməyə hazırdır.
Tramp daha əvvəl demişdi ki, Kamala Harrisin aşağı IQ var.
Mənbə TASS