image-n1karobka_ads
image-123
image-hn1h7lz4ulmqb9qodpk8sopb99tvtjsv53m3yl9f_1200backend

Tramp İlham Əliyevə təşəkkür etdi

image-add-a-heading

“Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistan baş naziri Nikol Paşinyana ötən avqustda imzaladığımız Sülh Sazişinə riayət etdikləri üçün təşəkkür etmək istəyirəm”.

Doğru.az  xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” şəbəkəsindəki hesabında yazıb.

“Bu, mən sonlandırdığım səkkiz müharibədən biri olan çətin bir savaş idi, amma indi rifah və sülh var. Fevral ayında vitse-prezident Vens bizim sülh səylərimizi daha da inkişaf etdirmək və Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutunu irəlilətmək üçün hər iki ölkəyə səfər edəcək”, – Tramp yazıb.

O əlavə edib ki, ABŞ Azərbaycanla strateji tərəfdaşlığını gücləndirəcək:

“Ermənistanla dinc nüvə əməkdaşlığı üçün gözəl bir Saziş, böyük yarımkeçirici istehsalçılarımız üçün sövdələşmələrvə ABŞ-də istehsal olunan müdafiə avadanlıqlarının, məsələn, zirehli gödəkçələr və qayıqların və daha çoxunun Azərbaycana satışını həyata keçirəcəyik. Təşəkkür edirəm!”

DOĞRU.AZ

Donald Tramp İlham Əliyevə təşəkkür edib

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki