ABŞ prezidenti Donald Trump Truth Social sosial şəbəkəsində İranla danışıqların uğursuzluğuna mümkün cavab kimi genişmiqyaslı dəniz blokadasına eyham vurub.
Doğru.az xəbər verir ki, liderin diqqət çəkdiyi Just the News nəşrinin yazısına görə, Vaşinqton İran neftinin dəniz yolu ilə ixracını dayandırmağa çalışa bilər.
Məqalə müəllifləri bildirir ki, belə addım geniş hərbi əməliyyata alternativ ola və birbaşa silahlı münaqişədən qaçmağa imkan verə bilər. Bu təşəbbüsün məqsədi Tehrana təzyiqi artırmaq və ölkənin əsas gəlir mənbələrini ciddi şəkildə məhdudlaşdırmaqdır.
Bundan əvvəl ABŞ vitse-prezidenti J. D. Vance İslamabadda keçirilən danışıqlardan sonra Tehranla razılığa gəlinmədiyini açıqlayıb və Amerika nümayəndə heyətinin razılaşma olmadan geri dönəcəyini bildirib.
İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf isə ABŞ nümayəndə heyətinin sülh danışıqlarında Tehranın etimadını qazana bilmədiyini deyib.
DOĞRU.AZ

























