image-ads_n1karobka_mobile
image-69e2b94cae5ac9300f7c18fcbackend

Tramp İranla danışıqlarda nikbindir

Donald Trump ABŞ və İran arasında aparılan danışıqların perspektivlərini müsbət qiymətləndirib.

Doğru.az xəbər verir ki, o, açıqlamasında CNN-ə istinad edib.

Amerika lideri danışıqların gedişatını yüksək dəyərləndirərək tərəflər arasında yalnız aradan qaldırılmalı kiçik fikir ayrılıqlarının qaldığını bildirib. Onun sözlərinə görə, “Danışıqlar davam edir, həftəsonu da davam edəcək, bir çox yaxşı şeylər baş verir”.

Qeyd edək ki, Tramp aprelin 17-də Vaşinqtonun yaxın gələcəkdə Tehranla razılığa gələ biləcəyini də vurğulayıb.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki