image-n1karobka_ads
image-123
image-trump_zelenskibackend

Tramp iyulun 19-da Zelenskiyə zəng edəcək

image-ad_qayo_720x110px

ABŞ prezidentliyinə namizəd Donald Tramp iyulun 19-da Vladimir Zelenskiyə zəng edəcək.

Bu barədə CNN məlumat yayıb.

Telekanalın məlumatına görə, zəng Avropada Trampın noyabrda keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə Ukrayna münaqişəsi ilə bağlı siyasətindən narahat olduğu bir vaxtda baş tutacaq.

Daha əvvəl Macarıstanın baş naziri Viktor Orban demişdi ki, Trampın dövründə Avropa İttifaqı Ukraynaya dəstək vermək üçün daha da böyük yük daşıyacaq.

Orban həmçinin Trampın Rusiya və Ukrayna arasında vasitəçi olmağa hazır olduğuna əmin olduğunu bildirib.

Mənbə CNN

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki