ABŞ Prezidenti Donald Tramp azyaşlılara qarşı cinsi istismarda ittiham olunan maliyyəçi Cefri Epşteyn haqqında verilən suallara görə jurnalistləri sərt şəkildə tənqid edib.
Doğru.az xəbər verir ki, RİA Novosti Trampın sözlərini belə sitat gətirib: “Onlar hələ də bu oğlandan, bu əclafdan danışırlar. İnanılmazdır… İnana bilmirəm ki, bizim bu qədər uğurlarımız və faciələrimiz olduğu bir vaxtda Epşteyn haqqında soruşursunuz”.
Qeyd edək ki, daha əvvəl amerikalı sahibkar Elon Mask Epşteyn işi ilə bağlı redaktə olunmamış materialların dərc olunmasını tələb edib. O, əgər bu sənədlər açıqlanmasa, ABŞ Prezidentinə etibar etməyin mümkün olmayacağını bildirib.
Daily Beast-in məlumatına görə, Epşteyn-in saxlandığı kameradan yayımlanan videomaterialda bir dəqiqəlik boşluq qeydə alınıb.
DOĞRU.AZ