image-n1karobka_ads
image-123
image-trampbackend

Tramp Karterin ölümü ilə bağlı başsağlığı verib

image-ad_qayo_720x110px

Amerikanın seçilmiş lideri Donald Tramp ABŞ-ın keçmiş prezidenti Cimmi Karterin vəfatı ilə bağlı başsağlığı verib.

Truth Social sosial şəbəkəsində o qeyd etdi ki, Karterin amerikalıların həyatını yaxşılaşdırmaq cəhdlərinə görə “hamımız ona təşəkkür etməliyik”.

“Bizə prezident olmaq şansı nəsib olanlar başa düşürlər ki, bu, çox eksklüziv klubdur və yalnız biz tarixin ən böyük xalqının liderinin böyük məsuliyyətini başa düşə bilərik”, – RİA Novosti Trampdan sitat gətirir.

Bundan əvvəl The Washington Post qəzeti ABŞ-ın 39-cu prezidenti Cimmi Karterin 101 yaşında dünyasını dəyişdiyini yazmışdı . Karter Mərkəzi daha sonra təsisçisinin ölümünü təsdiqləyib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki