image-n1karobka_ads
image-123
image-ap24124722769062-pic_32ratio_900x600-900x600-57187backend

Tramp: Kiyevin bəyanatları dünya müharibəsinə gətirib çıxarır

Ukrayna ətrafında vəziyyətin inkişafı, o cümlədən Kiyevin Rusiyaya hücumlarla bağlı bəyanatları üçüncü dünya müharibəsinə gətirib çıxarır.

Bu fikri ABŞ-ın keçmiş prezidenti Donald Tramp “Fox News” telekanalının efirində bildirib.

“Biz üçüncü dünya müharibəsinə daha yaxınıq. Görün son bir neçə gündə nə baş verdi”, – deyə siyasətçi bildirib.

Onun sözlərinə görə, Rusiya lideri Vladimir Putin “indi nüvə silahından danışır”, çünki Ukrayna indi Rusiyaya qarşı zərbələrdən danışır. ABŞ-ın hazırkı prezidenti Co Bayden nə deyəcəyini bilmir, Tramp əlavə edib.

“Ukrayna ətrafında vəziyyəti həll edəcəyəm və tezliklə həll edəcəyəm. Bu, heç vaxt baş verməzdi”, – deyə o, əmin etdi.

Mənbə: A haber

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki