image-2000x150px
image-123
image-ads_atlas
image-523-pic_32ratio_900x600-900x600-47785backend

Tramp Kolumbiya Universitetindəki etirazlara görə Baydeni tənqid edib

image-728x90px

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Kolumbiya Universitetində Fələstin tərəfdarı tələbələrin etirazları ilə bağlı dövlət başçısı Co Baydenin fəaliyyətsizliyini tənqid edib. 

Tramp vurğulayıb ki, Kolumbiya Universitetində baş verənlərə inanmaq mümkün deyil və izləmək çətindir. Eks-prezidentin sözlərinə görə, 3-5 il əvvəl ABŞ-da belə bir şeyin ola biləcəyini düşünmək belə mümkün deyildi.

Tramp Baydeni nəsə etməyə çağırıb, çünki oturan prezident ölkənin səsi olmalıdır. Eyni zamanda, eks-prezident qeyd edib ki, Baydenin səsini heç kim eşitmir və hazırkı dövlət başçısı çətin ki, hər hansı bir hərəkətə qadir olsun.

Mənbə: Haber Global

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki