image-ads_n1karobka_mobile
image-6964f9d902e8bd55514a9225backend

Tramp özünü NATO-nun xilaskarı ELAN ETDİ

image-add-a-heading

ABŞ prezidenti Donald Tramp özünü NATO-nun xilaskarı elan edib. O, bu açıqlamanı ABŞ-ın Qrenlandiyaya dair iddiaları fonunda alyans daxilində yaranan gərginlik şəraitində verib.

Doğru.az xəbər verir ki, Donald Tramp Truth Social sosial şəbəkəsində paylaşım edərək, “NATO-nu xilas edən mənəm!” ifadəsini yazıb.

Qeyd edək ki, Tramp bundan əvvəl də ABŞ-ın bu və ya digər şəkildə Qrenlandiyanı əldə edəcəyinə dair açıqlamalar vermişdi.

ABŞ-ın vitse-prezidenti J.D. Vance isə Qrenlandiyanın ABŞ üçün raketdən müdafiə sistemi və qlobal təhlükəsizlik baxımından son dərəcə vacib ərazi olduğunu iddia edib.

“Daily Mail” qəzeti daha əvvəl Trampın Qrenlandiyanı ələ keçirməklə bağlı xüsusi plan hazırlanmasını sifariş etdiyini yazmışdı.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki