ABŞ-ın vitse-prezidenti Kəmalə Harrisin seçkilərdə qalib gəlməsi ölkənin üçüncü dünya müharibəsinə cəlb olunmasına gətirib çıxaracaq, ABŞ prezidentliyinə namizəd Donald Tramp bildirib.
“Kəmalə Harris prezident kimi daha dörd il ifrat zəiflik, xaos və yəqin ki, üçüncü dünya müharibəsi deməkdir”, – TASS onun sözlərindən sitat gətirir.
Eyni zamanda Tramp vurğulayıb ki, qalib gələrsə, ABŞ-a “liderlik, sağlam düşüncə və güc” “qayıtacaq”.
Tramp daha əvvəl Harrisin aşağı IQ-ya sahib olduğunu demişdi.
Mənbə TASS