image-n1karobka_ads
image-123
image-307131_2z149cvw15backend

Tramp qalib gələcəyi təqdirdə kosmosda yerləşən ABŞ Milli Qvardiyası yaratmaq niyyətindədir

image-ad_qayo_720x110px

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp qələbə qazanacağı təqdirdə ölkənin Kosmik Qüvvələrinin Milli Qvardiyasını yaratmağa söz verib.

Bu barədə TASS məlumat yayıb.

Trampın sözlərinə görə, ABŞ Kosmik Qüvvələrinin əsas döyüş ehtiyatı kimi Milli Kosmik Qvardiya yaratmağın vaxtı çatıb.

“Prezident olanda kosmos milli qvardiyasının yaradılması haqqında tarixi qanunu imzalayacağam”, – deyə siyasətçi vurğulayıb.

Eyni zamanda Tramp əlavə edib ki, 2019-cu ildə kosmik qüvvələrin yaradılmasına göstəriş verməklə Rusiya və Çinin ABŞ-ı qabaqlamasına imkan verməyib.

Bundan əvvəl amerikalı iş adamı İlon Mask Ayda Amerika bazasının yaradılmasının tərəfdarı idi.

Həmçinin, onun fikrincə, Amerikanın Marsa astronavt göndərməklə böyük zirvələrə çatmasının vaxtı çatıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki