ABŞ prezidentliyinə namizəd Donald Tramp bildirib ki, seçiləcəyi təqdirdə sui-qəsd cəhdlərini araşdırmaq üçün komissiya yaradacaq.
Bu barədə RİA Novosti məlumat yayıb.
Bu komissiya, Trampın sözlərinə görə, digər məsələlərlə yanaşı, keçmiş Amerika lideri Con Kennedinin qətli ilə bağlı qalan sənədləri də dərc edəcək.
CBS daha əvvəl bildirmişdi ki, Trampa sui-qəsd cəhdindən sonra Məxfi Xidmət bir sıra əməkdaşlarını işdən çıxarıb.
Sui-qəsd iyulun 14-də onun təşviqat mitinqində çıxışı zamanı baş verib.
DOĞRU.AZ