ABŞ prezidentliyinə namizəd Donald Tramp seçkilərdə qalib gələcəyi təqdirdə “xarici müharibələrə” son qoyacağına söz verib.
RSBN xəbər verir ki, o, bu barədə Pensilvaniyada çıxışı zamanı bildirib.
“Biz birlikdə sərhədlərimizin təhlükəsizliyi üçün mübarizə aparırıq və xaricdə sonsuz müharibələrə son qoyacağıq”, – deyə siyasətçi vurğulayıb.
Eyni zamanda ABŞ-ın vitse-prezidenti və prezidentliyə namizəd Kamala Harris seçkilərdə qalib gələcəyi təqdirdə Ukraynanı və Vaşinqtonun NATO müttəfiqlərini dəstəkləməyə davam edəcəyinə söz verib.
Tramp əvvəllər demişdi ki, Rusiya ilə anlaşma yaxşıdır.
DOĞRU.AZ