ABŞ-ın sabiq prezidenti Donald Tramp Rusiya rəhbərliyinin Qərb sanksiyalarının öhdəsindən gəldiyini etiraf edib.
Təyyarədə jurnalistlərlə söhbətində Tramp Rusiya Prezidenti Vladimir Putini “peşəkar” adlandıraraq bildirib: “O, sanksiyaların öhdəsindən gələ bildi… O, başa düşür ki, sanksiyaların ardınca nə gələ bilər. O, peşəkardır”.
RİA Novosti Trampın bu fikirlərini sitat gətirib.
Xatırladaq ki, daha əvvəl TASR xəbər agentliyi Slovakiyanın Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalarını yenidən əngəllədiyini açıqlamışdı.
DOĞRU.AZ