Media ABŞ-ın HƏMAS hərəkatının iştirakı olmadan Fələstin dövlətinin yaradılması ilə bağlı mümkün bəyanatından xəbər verir.
Bu barədə “The Jerusalem Post” Amerikanın “The Media Line” agentliyinə istinadən xəbər verir.
“Prezident Donald Tramp Fələstin dövləti məsələsi və onun ABŞ tərəfindən tanınması, o cümlədən HƏMAS-ın iştirakı olmadan Fələstin dövlətinin yaradılması ilə bağlı qərarı elan edəcək”, – məqalədə deyilir.
Nəşrin məlumatına görə, ABŞ prezidenti Donald Trampın administrasiyası Ər-Riyadda keçiriləcək sammit zamanı Fələstinin tanınması imkanını nəzərdən keçirir.
Mənbələrin bildirdiyinə görə, belə bir qərar Həmas-ın yeni dövlətin idarə olunmasında iştirak etməyəcəyi şərti ilə müşayiət olunacaq.
DOĞRU.AZ