ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanında investisiya forumunda çıxışı zamanı deyib ki, Tehran nüvə sazişindən çıxacağı təqdirdə ABŞ İran neftinin ixracını sıfıra endirə bilər.
“İran rəhbərliyi bu zeytun budağından imtina edərsə… bizim maksimum təzyiq göstərmək və İran neftinin ixracını sıfıra endirməkdən başqa çarəmiz qalmayacaq”, – ABŞ lideri vurğulayıb.
Bundan əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, danışıqların dördüncü raundundan sonra Tehran və Vaşinqtonun mövqeləri yaxınlaşıb.
Rusiya prezidenti Vladimir Putin İran lideri Məsud Pezeşkianla söhbətində Moskvanın nüvə proqramı üzrə ədalətli razılaşmaya kömək etməyə hazır olduğunu bildirib.
DOĞRU.AZ