image-ads_n1karobka_mobile
image-66ce9fd4931d666ce9fd4931d7172481736466ce9fd4931d466ce9fd4931d5backend

Tramp və Harris debatda ən azı 12 dəfə Putinin adını çəkiblər

ABŞ prezidentliyinə namizədlər Donald Tramp və Kamala Harris debat zamanı ən azı 12 dəfə Rusiya lideri Vladimir Putinin adını çəkiblər.

Bu barədə RİA Novosti yazır.

Agentliyin məlumatına görə, Tramp 8 dəfə Putinin, 9 dəfə Rusiyanın, 6 dəfə Ukraynanın adını çəkib.

Harris də öz növbəsində Putinin adını 4 dəfə, Rusiyanın 2 dəfə, Ukraynanın adını isə 5 dəfə çəkib.

Tramp həmçinin Harrislə debatı bütün siyasi karyerasının ən yaxşısı adlandırıb .

Sentyabrın 11-də ABC telekanalında Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp və Demokratlar Partiyasından namizəd Kamala Harris arasında debat keçirilib.

Mənbə RİA Novosti


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki