image-n1karobka_ads
image-123
image-6961d34802e8bd524a6be35bbackend

Tramp Venesuela neftini Rusiya və Çinə satmağa hazırdır

image-ad_qayo_720x110px

ABŞ prezidenti Donald Tramp Venesuela neftinin Rusiya və Çinə satılmasına hazır olduğunu bəyan edib.

Doğru.az xəbər verir ki, bu barədə RİA Novosti Trampın jurnalistlərə verdiyi açıqlamaya istinadən məlumat yayıb. ABŞ prezidenti bildirib ki, Çin istədiyi qədər nefti ya Venesueladan, ya da ABŞ-dan ala bilər.

“Çin bizdən istədiyi qədər neft ala bilər – ya orada, ya da ABŞ-da. Rusiya isə ehtiyac duyduğu bütün nefti bizdən ala bilər”, – deyə Tramp vurğulayıb.

Qeyd edək ki, Donald Tramp daha əvvəl Konqres üzvləri ilə Rusiyaya qarşı tətbiq olunan məhdudiyyətlərin sərtləşdirilməsi məsələsini müzakirə etdiyini də açıqlamışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki