ABŞ prezidenti Donald Tramp Vladimir Zelenski ilə telefon danışığını elan edib, söhbətin yaxın gələcəkdə baş tutacağı gözlənilir.
O, bu barədə ABŞ və Böyük Britaniya arasında yeni ticarət sazişinin təqdimatı zamanı bildirib. Jurnalistlərə açıqlama verən Tramp Ukrayna ilə bağlanan resurs sazişi mövzusuna da toxunub.
“Biz indicə Ukrayna ilə nadir torpaq metalları üzrə sazişi tamamladıq və bu saziş onların qanunverici orqanı tərəfindən tam ratifikasiya edilib və təsdiqlənib”, – ABŞ prezidenti bildirib.
Ali Radanın deputatı Nina Yujanina daha əvvəl şikayət etdiyi kimi, Kiyev və Vaşinqton arasında resurslarla bağlı sövdələşmənin mətni mürəkkəbdir və başa düşmək çətindir.
DOĞRU.AZ