image-2000x150px
image-123
image-ads_atlas
Tramp Zelenskinin Ukraynaya səfər dəvətindən imtina edibbackend

Tramp Zelenskinin Ukraynaya səfər dəvətindən imtina edib

image-728x90px

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenskinin Ukraynaya səfər dəvətindən imtina edib və Ukrayna böhranının həlli planlarından danışıb.

“Zelenski ilə heç bir əlaqə olmayıb və keçmiş prezident Tramp açıq şəkildə bəyan edib ki, onun indi Ukraynaya getməsi yersizdir”, – nəşr Trampın seçki qərargahının mesajından sitat gətirir.

Qəzetin qeyd etdiyi kimi, Zelenski əvvəllər Trampdan Ukraynaya gəlməyi və “sülh ideyalarını izah etməyi” xahiş edib.

Bundan əvvəl Tramp seçkilərdə qalib gəlsə, Ukrayna münaqişəsini danışıqlar yolu ilə həll edəcəyinə söz vermişdi. Siyasətçi qeyd edib ki, onun Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenskiyə dünya ilə paylaşmayacağı mühüm mesajları var. Tramp iddia edib ki, onun fikrincə, münaqişənin uğurlu həllinə gətirib çıxara biləcək fəaliyyət planı var.

Mənbə: CNN

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki