ABŞ prezidenti Donald Trampın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton məxfi məlumatları qanunsuz şəkildə paylaşmaqda ittiham edilib.
Doğru.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Nəşrin yazdığına görə, Con Bolton həyat yoldaşı və qızı ilə elektron poçt vasitəsilə dövlətə məxsus məxfi məlumatları paylaşmaqda təqsirləndirilir.
Bildirilib ki, Bolton Merilend ştatında böyük münsiflər heyəti tərəfindən rəsmi qaydada ittiham olunub.
Qeyd edək ki, daha əvvəl “Politico” nəşri FTB-nin Boltonun əlində kütləvi qırğın silahlarına aid məxfi sənədlər aşkar etdiyini yazmışdı.
DOĞRU.AZ