image-n1karobka_ads
image-123
image-68b6fcf702e8bd66f954b63dbackend

Trampın sərvəti WLFI tokeni ilə bir gündə 5 milyard dollar artdı

image-ad_qayo_720x110px

“The Wall Street Journal” yazır ki, ABŞ prezidenti Donald Trampın sərvəti WLFI tokeni ilə ticarətə başlayandan sonra bir gündə 5 milyard dollardan çox artıb. Məqalədə qeyd olunur ki, sentyabrın 1-də token təxminən 0,3 dollar qiymətində bazara çıxıb.

Doğru.az xəbər verir ki, nəşrin məlumatına görə, WLFI artıq Trampların daşınmaz əmlak portfelini üstələyən ən qiymətli aktivə çevrilib.

Bundan əvvəl isə Trampın Rusiya prezidenti Vladimir Putinlə Alyaskada görüşü fonunda TRUMP memekoini 3%-dən çox bahalaşmışdı. Avqustun 15-i axşam saatlarında memekoin 9,27 dollara (+3,67%) yüksəlib.

Digər tərəfdən, rəqəmsal texnologiyalar üzrə İT məsləhətçisi Roman Nekrasov bildirib ki, sentyabr ayında bitkoinin məzənnəsi 115-130 min dollar aralığında qalacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki