image-ads_n1karobka_mobile
image-img_2059backend

Tünzalə “Yandım”ı yenidən alovlandırdı – FOTO/VİDEO

image-add-a-heading

Xalq artisti Tünzalə Ağayeva yeni layihəsini təqdim edib.

Doğru.az xəbər verir ki, pop ulduz əfsanəvi “Yandım” mahnısına yeni nəfəs verib. Musiqisi Ramiz Mirişliyə, sözləri isə Süleyman Rüstəmə məxsus olan əsər bu dəfə tam fərqli formatda dinləyicilərə təqdim olunub. Mahnının masterinqi Emin Kərimə, aranjımanı isə Tural Məmmədliyə həvalə edilib.

Layihədə sənətçini məşhur gitara ifaçısı Rəhman Məmmədli müşayiət edib. Bu, onların sayca üçüncü birgə işi kimi yadda qalıb.

Şou-biznesin əfsanəsi mahnıya ekran həyatı da verib. Klipin rejissoru Röyal Səfərovdur. Ekran işində ulduzun geyimləri dizayner Orxan Sultan imzası daşıyır. Saç və makiyaj üzərində isə Günay Mustafa çalışıb.

Layihənin direktoru Yalçın Cabbarovdur.

Qeyd edək ki, “Yandım” artıq bütün musiqi platformalarında, eləcə də sənətçinin rəsmi “YouTube” kanalında yayımlanır.

DOĞRU.AZ 

image-screenshot

image-img_2063 image-img_2061 image-img_2056 image-img_2060


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki