image-n1karobka_ads
image-123
image-71-pic_32ratio_900x600-900x600-56995backend

Türkiyə BRİKS-ə qoşulmaq arzusunu ifadə edib

Türkiyə BRİKS-ə qoşulmaq istəyir və bu məsələni assosiasiya ölkələrinin Nijni Novqorod sammitində müzakirə etmək niyyətindədir.

Bu barədə ölkənin xarici işlər naziri Hakan Fidan məlumat verib.

“Əlbəttə, biz BRİKS-ə üzv olmaq istərdik. Baxaq görək bu il hər şey necə olacaq”, – Türkiyənin xarici işlər naziri Pekində Çin və Qloballaşma Mərkəzinə (CCG) səfər edərkən deyib.

Fidan BRİKS ölkələrinin xarici işlər nazirlərinin Nijni Novqorodda iyunda keçirilməsi planlaşdırılan görüşündə də iştirak etmək niyyətində olduğunu bildirib. Nazir izah edib ki, bu sammitdə Türkiyənin assosiasiyaya qoşulması məsələsini müzakirə etmək istəyir.

Mənbə: Haber Global

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki