Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, BMT Təhlükəsizlik Şurasının Fələstini tanımaqdan imtina etməsi Qəzza zolağında növbəti böhrana səbəb olacaq.
Fidan qeyd edib ki, Fələstinin BMT Təhlükəsizlik Şurası tərəfindən tanınmaması beynəlxalq sistemin tam iflası demək olacaq. Beynəlxalq hüquq və bəşəriyyətin vicdanı Fələstinin tanınmasını tələb edir, nazir vurğulayıb.
150 ölkənin tanıdığı dövlət BMT Təhlükəsizlik Şurasında bir ölkənin səsverməsi ilə yenidən rədd edilərsə, biz bu böhranı daha da dərinləşdirəcək reallıqla üzləşəcəyik”, – deyə Türkiyə XİN rəhbəri yekunlaşdırıb.
Mənbə: Sabah