Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə İstanbulda danışıqlar aparmaq təklifi Türkiyə mediasının manşetinə düşüb.
Belə ki, “Hürriyət” qəzeti Putinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sülh yolu ilə nizamlanması üçün çox işlər gördüyü və İstanbulda əvvəlki danışıqların Qərbin müdaxiləsindən sonra yarımçıq qaldığı barədə sözlərini diqqətə çatdırıb.
“Təkliflərimiz masa üzərindədir. Qərarı indi Ukrayna hakimiyyəti və onların kuratorları verir”, – Rusiya liderinin sözlərindən sitat gətirilir.
NTV ABŞ prezidenti Donald Trampın Putinin təşəbbüsünü dəstəklədiyini vurğulayıb.
“Putin uzun müddətdir gərgin olan diplomatik münasibətlərin (Avropa ölkələri ilə – RT ) zamanla normallaşacağına dair ümidverici mənzərə yaradıb “, – TGRT qəzeti qeyd edib.
DOĞRU.AZ