image-2000x150px
image-123
image-ads_atlas
image-d1042b3ad3082d163ee6d43d2190fc38backend

Türkiyə və Azərbaycan Vətən müharibəsinə dair serial çəkir

image-728x90px
“Həm onların təcrübəsindən çox şey öyrənə, həm də müştərək istehsal vasitəsilə öz həqiqətlərimizi, ağrılarımızı Azərbaycandan kənar böyük auditoriyaya çatdıra bilərik”

“Qarabağ Vətən müharibəsi” şərti adlı çoxseriyalı bədii televiziya filminin istehsalına başlanılıb. Bunu Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov “Qarabağ Vətən müharibəsi” serialı ilə bağlı keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının qazandığı böyük zəfərə töhfə vermək məqsədilə çəkilən serialın istehsalının ilkin hazırlıq mərhələsi davam edir:

“Ekran əsərinin çəkiliş məkanlarının seçilməsi tamamlanıb, Bakı, Gəncə və Şuşa şəhərlərində, Füzuli, Quba, İsmayıllı, Daşkəsən, Şamaxı, Qəbələ, Xızı rayonlarında və Hadrut qəsəbəsində çəkilişlər planlaşdırılıb. Serialın istehsalı ilə bağlı pirotexnika, əlbəsə, rekvizit, səs və digər sahələr üzrə texniki, həmçinin yaradıcı heyət üzvləri müəyyən olunub və onlar artıq fəaliyyətə başlayıb. Azərbaycanlılardan ibarət aktyor heyətinin seçimi və onlarla sınaq çəkilişləri həyata keçirilib”.

Qeyd edək ki, serial Türkiyədə fəaliyyət göstərən “Bozdağ Film” şirkəti tərəfindən Azərbaycan Mədəniyyət Nazirliyinin təşəbbüsü və dəstəyi ilə çəkilir. “Bozdağ Film” şirkətinin istehsalı olan “Kuruluş Osman”, “Diriliş Ertoğrul”, “Aşkın yolculuğu. Yunus Emre”, “Mendirman Celaleddin”, “Destan” kimi uğurlu serial layihələri dünyanın yüzdən çox ölkəsində yayımlanaraq milyonlarla tamaşaçı toplayıb.

Qeyd edək ki, Vətən müharibəsi başa çatdıqdan sonra bu mövzu ilə bağlı türkiyəli kinematoqrafçılarla birgə film və serialların çəkiləcəyi deyilirdi. Nəhayət ki, iki ildən sonra bu ideya reallaşmağa başlayıb. Bəs yeni müştərək serial ümidləri doğruldacaqmı? Ümumiyyətlə, qarşıda Azərbaycan həqiqətləri və Qarabağ mövzusunda bədii, sanballı filmlərin də çəkiləcəyi gözlənilirmi?

Kino dövlətdən asılı yox, müstəqil olmalıdır" - Rəşad Qasımov - son xeberler

Rəşad Qasımov 

 

“Öncə qeyd edim ki, Azərbaycanda ciddi kino tam olaraq dövlətdən maliyyələşir, Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilir. Hesab edirəm ki, bu tendensiya artıq kino industriyasının formalaşması istiqamətinə yönəlməlidir. Kino elə bir sənət növüdür ki, özü gəlir gətirməsə, inkişafı ancaq dövlətdən asılı olacaq. Bu vəziyyətdən çıxmaq üçün əməkdaşlıqlar daha da böyüməli, müştərək filmlər çəkilməli və bu böyümə yerli kino industriyasının formalaşmasına təsir etməli, artıq kino şirkətlərinin özünün maliyyə dayağı olmalı, özləri film istehsal etməlidirlər. Fikrimcə, bütün bunların hamısı ilk olaraq müştərək istehsaldan başlayır. Çünki müştərək istehsal  elə bir prosesdir ki, artıq yeni əlaqələr qurulur, kino biznesi imkanlarını yaradır.

Bildiyimiz kimi, Qarabağ mövzusu çox həssas bir mövzudur. İlk növbədə özümüz, daha sonra beynəlxalq ictimaiyyəti cəlb etmək üçün yaxşı filmlər istehsal etməliyik. Yəni birinci özümüz razı qalmalıyıq.

Məsələn, “Fəryad” filmi. Bu film Qarabağ dərdimizi unutdurmağa qoymayan bir əsərdir. Hər dəfə o filmə baxanda dərdimiz təzələnir, sanki şüuraltımıza yeridilirdi ki, Qarabağı unutmayaq. Bu bir daha onu sübut edir ki, kinonun təsir imkanları çox böyükdür. Təbii ki, “Fəryad” yerli auditoriya üçün hesablanmış bir film idi, onu beynəlxalq arenaya çıxara bilməzdik. Lakin indi elə filmlər çəkilməlidir ki, dünya arenasına çıxa bilsin.

O ki qaldı yeni çəkilən seriala, çox sevindirici haldır ki, Türkiyə ilə birgə bu mövzuda müştərək film çəkməyə başlamışıq. Hər kəsə məlumdur ki, Türkiyə serialları böyük kino biznesinə çevrilib. Yəni Türkiyə hazırda dünyanın ən böyük serial ölkəsidir. Ona görə də yeni çəkilən serialın bizim üçün həm tarixi, həm mənəvi, həm də maddi əhəmiyyəti var. Biz indi həm onların təcrübəsindən çox şey öyrənə, həm də müştərək istehsal vasitəsi ilə öz həqiqətlərimizi, ağrılarımızı Azərbaycandan kənar böyük auditoriyaya çatdıra bilərik. Bu eyni zamanda bizə imkan verəcək ki, gələcəkdə biz də Türkiyə kimi müstəqil olaraq möhtəşəm tarixi seriallar, filmlər çəkək”.

DOĞRU.AZ

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki