image-n1karobka_ads
image-123
image-17231219564028922528_1200x630backend

Türkiyə və Qətər liderləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər – FOTO 

image-ad_qayo_720x110px

Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani arasında görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, yüksək səviyyədə keçirilən danışıqların əsas mövzusu Yaxın Şərqdə, o cümlədən Livandakı vəziyyət olub.

İran və İsrail arasında münasibətlərdəki gərginlik, eləcə də regiona humanitar yardımın tədarükü ilə bağlı fikir mübadiləsi aparılıb.

İki ölkənin iqtisadi əlaqələrinin inkişafı mövzusu Ərdoğan və Al Taninin gündəliyində ayrıca bənd kimi yer alıb. Ötən ilin yekunlarına görə Türkiyə və Qətər arasında ticarət dövriyyəsi 1 milyard dolları ötüb.

DOĞRU.AZ

image-17231219565330739493_1200x630 image-17231219566005143041_1200x630 image-1723121956594483109_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki