Polşanın xarici işlər naziri Radoslav Sikorski Avropa diplomatiyasının rəhbəri Kaja Kallas ilə birgə mətbuat konfransında ABŞ-ın Rusiya ilə Ukrayna arasında danışıqlarda vasitəçi qismində Türkiyə və ya Çini əvəz edə biləcəyi fikrini bildirib.
Diplomat qeyd edib ki, Polşa ABŞ-a uğurlar arzulayır, “əgər söhbət onların vasitəçilik səylərindən gedirsə”, lakin onun sözlərinə görə, bu vasitəçilik uğursuz olarsa, “başqa variantlar da var”.
“Hər iki ölkə ilə açıq əlaqə kanallarını saxlayan Türkiyə var, Çin variantı da var. Çinin Putini danışıqlarda iştirak etməyə təşviq etmək imkanı var”.
Bundan əvvəl Amerika lideri Donald Tramp Çindən Ukraynadakı münaqişənin həllinə köməklik göstərməsini xahiş edəcəyini təklif etmişdi.
ABŞ-ın vitse-prezidenti J.D.Vens bəyan edib ki, ABŞ sülh üçün Moskva və Kiyevin mövqelərinin yaxınlaşmasını zəruri hesab edir.
DOĞRU.AZ