Türkiyə Xarici İşlər Nazirliyi öz vətəndaşlarını Livan ərazisini tərk etməyə çağırıb.
XİN-in müvafiq bəyanatı X sosial şəbəkəsində yayılıb.
XİN rəsmiləri əlavə edib ki, “Livana səfərdən çəkinmək, diqqətli olmaq və Nabatiyah, Cənubi Livan, Bekaa və Baalbek-Germel əyalətlərinə gərəksiz səfər etməmək tövsiyə olunur”.
Bundan əvvəl Səudiyyə Ərəbistanı öz vətəndaşlarını Livanı tərk etməyə çağırmışdı.
Rusiya səfirliyi rusları Livana səfərdən çəkinməyə çağırıb.
ABŞ Dövlət Departamenti Amerika vətəndaşlarını Livanı tərk etməyə çağırıb.
Azərbaycan Xarici İşlər Nazirliyi azərbaycanlıları Livana səfər etməməyə çağırıb.
Ermənistan Xarici İşlər Nazirliyi öz vətəndaşlarını Livana səfər etməməyə çağırıb.
Britaniya Xarici İşlər Nazirliyi səfirlik işçilərinin ailələrini Livandan çıxarıb.
DOĞRU.AZ