Türkiyənin “Vətən” partiyasının başqanı Doğu Perinçək deyib ki, Rusiyaya qarşı sanksiyalar Qərb ölkələrinin iqtisadiyyatına qəddar zarafat edib.
Onun sözlərini RİA Novosti yayıb.
“Atlantik sistemin Rusiyaya qarşı sanksiyaları gözlənilən nəticəni vermədi. Əksinə, Türkiyə iqtisadiyyatı qurulmuş çərçivədə gücləndi və sanksiyalar Qərb iqtisadiyyatının özünə qəddar zarafat etdi”, – deyə siyasətçi qeyd edib.
Perinçek həmçinin bildirib ki, Ukraynadakı münaqişə Atlantik sistemlə Rusiya arasında qarşıdurmadır. Eyni zamanda, Qərb nə hərbi, nə diplomatik, nə də iqtisadi sahədə uğur qazana bilməyib.
Bundan əvvəl türk siyasətçiləri Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində uğursuzluğunun Ukraynanın özündə “yeni cəbhələr açacağı” fikrini ifadə etmişdilər.
DOĞRU.AZ