Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları turistləri aldadaraq 60 milyon dollara yaxın pul qazanan 20 dələduz şəxsi saxlayıb.
Bu barədə İHA yazır.
Agentliyin məlumatına görə, cinayətkarların tutulması əməliyyatı respublikanın doqquz vilayətində beş ay ərzində hazırlanıb.
Müəyyən edilib ki, iş üzrə təqsirləndirilən şəxslər otelləri reklam edən yalançı reklamlar yerləşdirib və müştəriləri aldadıblar – turistlər mövcud olmayan rezervasiyalara görə pul ödəyiblər.
Saxlanılan 20 nəfərdən 12-si həbs edilib.
DOĞRU.AZ