Türkiyənin “Vətən” partiyası respublika hökumətini gələn həftə Azərbaycana səfər etməyi planlaşdıran İsrailin baş naziri Binyamin Netanyahunun təyyarəsinin səmasını bağlamağa çağırıb.
Partiyanın baş katibi Özgür Bursalının verdiyi məlumata görə, Türkiyə hökumətini Netanyahunun təyyarəsinin səmamızdan istifadə etməsinə icazə verməməyə çağırırıq: “Əks halda Fələstin və Fələstin xalqı ilə dostluq və qardaşlıq haqqında bütün bəyanatlar öz mənasını itirəcək ”.
Bundan əvvəl AIAGlobal portalı Netanyahunun mayın 8-dən 11-dək Azərbaycana səfər etməyi planlaşdırdığı barədə məlumat yayıb.
DOĞRU.AZ