image-2000x150px
image-970x50px
image-17897_x2ckjsawx8backend

Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səyahətlə bağlı rəsmi Ankaradan – AÇIQLAMA 

image-728x90px

10 dekabr 2020-ci il tarixində Bakıda imzalanan Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında şəxsiyyət vəsiqəsi ilə səyahət protokolunun daxili təsdiq prosesi hər iki ölkə tərəfindən başa çatdırılıb.

Doğru.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, sözügedən protokol 1 aprel 2021-ci il tarixindən etibarən qüvvəyə minəcək.

Beləliklə, iki ölkə vətəndaşları, Türkiyə və Azərbaycan arasında birbaşa səyahətlərini pasporta ehtiyac duymadan, yalnız yeni nəsil şəxsiyyət vəsiqəsi ilə göstərməklə edə biləcəklər.

“1 aprel 2021-ci il tarixindən etibarən can Azərbaycan ilə həyata keçiriləcək yeni tənzimləmə ölkələrimiz arasında “iki dövlət, bir millət” ifadəsində ifadə olunan möhkəm qardaşlıq bağlarını daha da gücləndirəcəkdir”,- deyə Türkiyə XİN-in açıqlamasında qeyd olunub

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki