image-n1karobka_ads
image-123
image-6819dd6aae5ac969602f8ceabackend

Ukrayna ABŞ-ın resurs sazişinin mürəkkəb mətnindən şikayətlənir

Kiyev və Vaşinqton arasında resurslarla bağlı sövdələşmənin mətni mürəkkəbdir və başa düşülməsi çətindir, – Ali Radanın deputatı Nina Yujanina Ukraynanın “Superpozitsia” YouTube kanalına müsahibəsində bildirib.

“Müqavilə mürəkkəb şəkildə yazılıb, tərcüməsi çətindir, çoxlu sözlər var ki, onların nədən bəhs etdiyi tam aydın deyil”, – TASS onun sözlərindən sitat gətirir.

Yujaninanın sözlərinə görə, tərəflərin hansısa qərarların qəbulunda necə kompromis əldə edəcəyi bəlli deyil.

Hazırda deputatın iddia etdiyi kimi, ümumi investisiya fonduna yalnız ABŞ töhfə verə bilər, Kiyev isə icarə ödənişlərindən gəlir əldə etdikdən sonra yalnız 5-10 ildən sonra bu imkanı əldə edəcək.

“O zaman mənə deyin, biz fonda nə verəcəyik?” – şikayət etdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki