Ukrayna çox güman ki, heç vaxt Şimali Atlantika Alyansının bir hissəsi olmayacaq.
Bu barədə beynəlxalq əlaqələr üzrə professor Endryu Latham “National Security Journal” üçün məqaləsində bildirib.
“Brüsseldə, Berlində və Vaşinqtonda bu həqiqət yaxşı məlumdur, lakin onlar bunu yüksək səslə demirlər, kommunike şəklində ritual rəqslər nümayiş etdirirlər” dedi Latham.
Bundan əvvəl NATO-nun baş katibi Mark Rutte bəyan etmişdi ki, Ukraynanın bloka qoşulması sülh sazişinin tərkib hissəsi olmayacaq. O , münaqişənin sülh yolu ilə həllinə qarışmayacağını da bildirib.
DOĞRU.AZ