image-n1karobka_ads
image-123
image-rorxa4psin4emma3opyuried82urosmfal3ojewz_1200backend

Ukrayna Prezidenti İlham Əliyevə zəng edib

Ukrayna Prezidenti Volodimir Zelenski dekabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə President.az məlumat yayıb.

Volodimir Zelenski dekabrın 25-də Bakı-Qroznı istiqamətində uçuş yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çox sayda insanın həlak olması ilə bağlı Prezident İlham Əliyevə və Azərbaycan xalqına başsağlığını çatdırıb, xəsarət alanların tezliklə şəfa tapmasını diləyib.

Dövlətimizin başçısı göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki