image-2000x150px
image-123
image-ads_atlas
image-depositphotos_5204161_l-2015-pic_32ratio_900x600-900x600-54292backend

Ukrayna xüsusi xidmət orqanları Belarusda təxribat hazırlamaq üçün gəncləri cəlb edib

image-728x90px

Belarusun təhlükəsizlik qüvvələri Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə kəşfiyyat məlumatları toplayan, təxribat və terror aktlarının hazırlanmasında iştirak edən bir neçə gənci saxlayıb.

Bu barədə Belarusun ONT telekanalında nümayiş etdirilən filmdə deyilir.

2024-cü ilin yanvarında dəmiryol stansiyalarından birində Belarusun dövlət təhlükəsizlik xidmətinin əməkdaşları əyləc pabucundan istifadə edərək qatarları relsdən çıxarmaq niyyətində olan 19 yaşlı gənci saxlayıblar. Bundan əlavə, gəncin Belarus ordusunun raket briqadasının yerləşdiyi yerin fotosunu çəkdiyi məlum olub. O, bunu Telegram şəbəkəsində ekstremist söhbətində əlaqə saxladığı Ukraynadan olan kuratorun göstərişi ilə edib.

2023-cü ilin dekabrında saxlanılan digər gənclər ukraynalı kuratorlarının göstərişi ilə daxili işlər orqanlarının və prokurorluğun binalarını partlatmaq niyyətində olublar. Onların üzərindən əldəqayırma partlayıcı qurğular aşkar edilib.

Mənbə: Lenta.ru

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki