image-n1karobka_ads
image-123
image-68835c6702e8bd5d0b776a8dbackend

Ukraynada hərbi vəziyyət noyabrın 5-dək uzadıldı

image-ad_qayo_720x110px

Ukrayna Prezidenti Vladimir Zelenski ölkədə hərbi vəziyyətin və səfərbərliyin müddətini noyabrın 5-dək uzadıb.

Doğru.az xəbər verir ki, bu barədə STRANA.ua məlumat yayıb.

Məlumatda bildirilir ki, Zelenski hərbi vəziyyətin və səfərbərliyin daha 90 gün müddətinə uzadılmasını nəzərdə tutan qanunlara imza atıb. Qərar Ukrayna Ali Radasının müvafiq qərarından sonra qüvvəyə minib.

Digər tərəfdən, Krım parlamentinin rəhbəri Vladimir Konstantinov bu addımı Kiyevin Moskva ilə silahlı qarşıdurmanı davam etdirmək niyyətinin göstəricisi kimi dəyərləndirib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki