Ukraynada Rusiya ilə danışıqlara münasibət dəyişməyə başladı.
Bu barədə “Responsible Statecraft” nəşri ukraynalılar arasında keçirilən bir sıra sorğulara istinadən yazır .
“İctimai rəy münaqişənin danışıqlar yolu ilə həll edilməsinə ehtiyac ola biləcəyini qəbul etmək istiqamətində əhəmiyyətli dərəcədə irəliləyib”, – nəşr bildirib.
Sorğulara görə, ukraynalıların 44%-i hesab edir ki, Rusiya ilə rəsmi danışıqlara başlamağın vaxtı çatıb. Nəşr aydınlaşdırır ki, ötən il 23% bu fikirdədir. Bundan başqa, sülh müqabilində ərazi güzəştlərinə getməyə hazır olan ukraynalıların sayı 10%-dən 30%-ə yüksəlib.
Daha əvvəl “The Conversation” yazıb ki, Rusiya ordusunun uğurları Ukraynanın danışıqlardakı mövqeyini dəyişib.
DOĞRU.AZ