Sentyabrın 18-də ölkəmizdə dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyliyə həsr olunmuş XVII Beynəlxalq Musiqi Festivalı start götürəcək.
Doğru.az xəbər verir ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Türk Mədəniyyəti və İrsi Fondu, eləcə də ICESCO-nun dəstəyi ilə keçiriləcək festival sentyabrın 28-dək davam edəcək.
Bakı, Sumqayıt, Şuşa, Gəncə, Ağcabədi, Naxçıvan və Qazax şəhərlərində reallaşacaq tədbirlər çərçivəsində möhtəşəm konsertlər, tamaşalar, sərgilər, elmi simpozium və ustad dərsləri təşkil ediləcək.
Festivalda Azərbaycan musiqiçiləri ilə yanaşı, Türkiyə, ABŞ, Almaniya, Fransa, İsveçrə, Koreya Respublikası və digər ölkələrdən tanınmış ifaçılar və musiqişünaslar çıxış edəcəklər.
DOĞRU.AZ